Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:40 - 21.09.2019  
Hacı Qalibin açıqlaması etiraz doğurdu
Tarix: 31-08-2019, 10:48 | Bölmə: Xəbərlər » Kriminal

Seymur Quliyev: "Mən dövlətə arxalanıram”

Hacı Qalibin açıqlaması etiraz doğurdu"Hacı Qalib Salahzadə əvvəllər də olduğu kimi qeyri-ciddi açıqlamalar verməklə yaxasını kənara çəkməyə çalışır. Gah deyir ki, mənim o işə aidiyyətim yoxdur, gah da ki, Bilgəhdə Aslan Salahzadə küçəsini olmadığını iddia edir, həccə adam göndərməkdən dəm vurur. Faktiki isə mənim 25 sot özəl torpağımı, həmin torpaq üzərindəki 2 və 3 mərtəbəli mülklərini darmadağın edib, hansını ki, heç düşmən də düşmənə etməzdi, o edib. Həyətimdəki böyük hovuzu dağıdıb, şirin su quyusunu məhv edib, ağacları buldozerin qabağına verib. İndi də bizə şər atmaqdan çəkinmir” - Azərbaycan vətəndaşı Seymur Quliyev belə deyir. Bir neçə gün əvvəl Seymur Quliyev və digər bir neçə şəxs sabiq deputat Qalib Salahzadənin qanunlara məhəl qoymaması, məhkəmə qərarlarını icra etməməsi, Bilgəh qəsəbəsində vətəndaşlara məxsus torpaqları zəbt etməsinindən dolayı Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində mətbuat konfransı keçirib.

 

Həmin mətbuat konfransında çıxış edən Seymur Quliyev Qalib Salahzadənin onun Bilgəh qəsəbəsi A.Salahzadə küçəsi döngə 21, 2 saylı ünvanını zəbt eləməsi, oranın dayanacağa çevrilməsindən bəhs edib. Bundan sonra Qalib Salahzadə açıqlama verərək Bilgəhdə ümumiyyətlə belə bir küçə olmadığını, deyilənləri yalana çıxarmağa cəhd etmişdi. Seymur Quliyev deyir ki, Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır.

"Redaksiyanıza təqdim etdiyim bu sənədi Əmlak Məsələləri Dövlət Komitəsi 30 may 2017-ci ildə Sabunçu Rayon icra Hakimiyyətinə, mənə və qonşum Əliyev Nurid Məcid oğluna göndərib.

Həmin məktubun mətni belədir:

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi. ASalahzadə küçəsində yerləşən daşınmaz əmlaka gediş-gəliş yolunun kənar şəxslər tərəfindən zəbt edilməsi məsələsinin araşdırılması barədə vətəndaşlar Quliyev Seymur İsrafil oğlu və Əliyev Nurid Məcid oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 14 aprel 2017-ci il tarixli 16/Q-1676-148 saylı müraciətinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla bağlı Komitənin mütəxəssisləri tərəfindən yerində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-319/2015 saylı, 11 noyabr 2015-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-561/16 saylı, 17 mart 2016-cı ıl tarixli qərarları əsasında Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, 2 saylı fərdi yaşayış evinin 0.20 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Quliyev Seymur İsrafil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq S.İ.Quliyevin həyətyanı sahəsinə, eləcə də Xəzər dənizinin (gölünün) sahilinə nəzərdə tutulmuş gediş-gəliş yolu əvvəlki mülkiyyətçi Salahzadə Xatirə Allahşükür qızı tərəfindən daş hasara alınma yolu ilə bağlanmışdır. Mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah edilərək hasara alınmış gediş-gəliş yolunun açılması barədə vətəndaş X.A.Salahzadənin nümayəndəsinə xəbərdarlıq edilmişdir. Azərbaycan prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16 1-ci və 4.16 3-cü bəndlərinə əsasən müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil etmək, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirmək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyəti başçısının vəzifələri olaraq müəyyən edilmişdir.

Xahiş edirik nəzərə alasınız.

Hacı Qalibin açıqlaması etiraz doğurdu

 

Seymur Quliyev

 

Bunu yazan Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirovdur. Yəni Qalib Salahzadənin dediklərinin həqiqət olmadığını bu məktubun mətni ortaya qoyur. Qalib Salahzadə 2012-ci ildə mənə məxsus özəl mülkü zəbt edəndən sonra bu iş üzrə dəfələrlə məhkəmələr qərar, qətnamə, hökmlər çıxarıblar. Hər birində də mənim torpağımın zəbt olunması açıq-aşkar görünür".

Seymur Quliyev deyir ki, Qalib Salahzadənin bir-birinin ardınca uydurduğu yalanlar, hörmətli şəxslərin də düzgün nəticə çıxarmamasına səbəb olur: "Bu adam dövlət qurumlarına gedir, çox hörmətli, respublikada tanınan adamların adlarını hallandırır. Məmurlar da çəkinirlər. Halbuki hər kəs mənim Bilgəh qəsəbəsində yerləşən özəl mülkümün zəbt olunmasını bilir. Qalib Salahzadə yalanlarla vəziyyətdən çıxmaq istəyir. Mən ona bu imkanı verməyəcəyəm. Azərbaycan dövlətinə arxalanıram, dövlətimin özəl mülkiyyətimi dağıdan şəxslərin cəzalandıracağını, mülkiyyət hüququnun bərpa edəcəyinə inanıram”. 

"Yeni Müsavat”

Xəbər 380 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.51126] initstartout [0.00026] initstartin [0.00110] calstart [0.02995] calend [0.00075] topnewsend [0.00855] rsssend [0.00000] ehgend [0.01397] tagsstart [0.00102] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.45560]