Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 19.09.2019  
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Tarix: 23-08-2019, 10:32 | Bölmə: Xəbərlər » Kriminal

Əkrəm Həsənov: "Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”

Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilərArif Əsgərov nəqliyyat nazirinin müavini vəzifəsində çalışarkən onun zaminliyi ilə oğlu Elnar Əsgərov "Dəmirbank”dan kredit alıb. Belə aydın olur ki, Əsgərovlar krediti alıblar və bu haqda "unudublar”. Sonradan "Dəmirbank” ləğv olunub, öhdəlikləri Əmanətlərin Sığortalanması Fonduna ötürülüb və iş  məhkəməyə qədər uzanıb.  Gedişatdan belə məlum olur ki, Əsgərovlar kredit məsələsi məhkəməyə gedəndən vaxtı uzatmağa yönələn bir xeyli addımlar atıblar. Amma son nəticə olaraq üzərilərinə aldıqları krediti faizləri ilə birgə ödəmək öhdəliyi qoyulub. Ali Məhkəmə keçmiş nazir müavininin oğlu Elnar Əsgərovla birlikdə 92 min 622 dollar pul ödəməli olduqlarını öz qərarında yazıb.

Belə aydın olur ki, keçmiş nazir müavininin oğlu təkcə "Dəmirbank”dan deyil, "Bank Standard”dan da kredit alıb və qaytarmayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun borca görə Elnar Əsgərova qarşı qaldırdığı iddia üzrə iş də Ali Məhkəmədədir.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, əgər girov varsa, ilk növbədə hərraca çıxarılıb satılmalıdır: "Girovun qiymət krediti ödəmək üçün kifayətdirsə, yəni girovun satışından əldə olunan vəsait krediti ödəmək üçün kifayətdirsə, kredit bağlanır. Satışdan əldə olunan məbləğ artıq qalırsa, girovun sahibinə qaytarılır. Girovun satılmasından əldə olunan gəlir krediti bağlamırsa, təbii ki, qalıq həddində borc alanın və zaminlərin borcu qalır. Bu halda onların başqa əmlakları da varsa, girov qoyulub-qoyulmamasından asılı olmayaraq həmin əmlaklara da tutma yönləndirilə bilər. Əgər şəxsin evi 1-dən çoxdursa, 2-ci evin üzərinə həbs qoyula, satıla və kredit məbləği götürülə bilər. Vətəndaşın 1 evi varsa, həmin evlə bağlı qeyd olunan əməliyyatlar aparıla bilməz. Ev əşyaları, insanın yaşaması üçün zəruri olan əşyalara da toxunmaq olmaz. Bu da kifayət etmirsə. Bu halda qanuna görə icraata xitam verilməlidir. Əslində bu, vətəndaşın müflis olması deməkdir. Amma Azərbaycanda praktika fərqlidir. Bəzi hallarda vətəndaşların ölkədən çıxışına qadağa qoyulur. Belə hallarda vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə 1 aya qədər inzibati qaydada həbs edilirlər. Bundan sonra isə Cinayət Məcəlləsinin 306-cı - məhkəmə hökmünü, qərarını icra etməməyə görə 3 il müddətinə həbsə alınırlar.  Adını da qoyurlar məhkəmə qərarını icra etmir”.

Əkrəm Həsənov deyir ki,  belə həbslər qanunsuzdur: "Qanuna görə, vətəndaş imkanı ola-ola aldığı borcu ödəmirsə, yəni qərəzli şəkildə ödənişdən yayınırsa, bu halda barəsində tədbir görülə bilər. Amma Azərbaycanda vətəndaşlar var ki, kredit götürüblər, sonradan pulu geri qaytarmaq imkanları olmayıb. Bunu nəzərə almayıb guya üzrlü səbəb olmadan pulu qaytarmamaqda ittiham olunublar. Pulun olmamasını üzrlü səbəb hesab etməyiblər. Belə işlərdən şikayətlərin bir neçəsi Avropa Məhkəməsinə göndərilib. Əsgərovların işinə gəlincə, Azərbaycanda bu məsələdə də ayrı-seçkilik var. Kimi istəyirlər həbs edirlər, kimi istəmirlər həbs etmirlər.

Hüquq-mühafizə orqanları, icra məmurları Avropa Konvensiyasının "heç kəs borcu ödəmək iqtidarında olmadığına görə həb oluna bilməz” müddəasını eşitmək belə istəmirlər. Azərbaycan Konstitusiyasına görə də borcu ödəmək imkanı olmayan şəxsin həbsi yolverilməz hesab edilir. Hətta Konstitusiya Məhkəməsinin qərarı var, məhkəmə qərarlarının qərəzli icra etməmənin meyarlarından biri vətəndaşın imkanının olmasıdır. Bəzi hallarda bu qərar nəzərə alınır, bəzi hallarda isə yaxına belə buraxmırlar.  Bu gün Azərbaycanda cəza yerlərində borcu ödəmək iqtidarında olmayan şəxslər var. Məhkəmələr 3 il müddətinə azadlıqdan məhrum ediblər. Əsgərovlarla bağlı eyni gedişatın olacağına inanmıram. Bu gün bağlanmış "Dəmirbank”da yüzlərlə vətəndaşın, şirkətin əmanətləri qalıb. Həmin pullar bu gün Əsgərovkimilərin cibindədir.  Bu gün qapadılmış banklarda məmurların, onların yaxınlarının milyonlarla ölçülən kreditləri var. Kimi həbs ediblər? Ancaq adi vətəndaşı 10 min borca görə həbsə alırlar".     

Əkrəm Həsənov deyir ki, borc məsələlərinə görə həbsi qanunsuz sayır: "Ancaq Əsgərovkimilərindən birinin həbs olunmasını görsəydim, deyərdim ki, heç olmasa, hamıya qarşı edirlər bu əməli. Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”.

Əkrəm Həsənov deyir ki, iş üzrə gedişatdan belə görünür ki, Əsgərovlar aldıqları krediti ödəməmək üçün məsələni mümkün qədər uzatmağa çalışırlar: "Aidiyyət məsələsi qoyulur ki, Elnar Əsgərov Binəqədidə qeydiyyatdadır, Nərimanovda yaşayır, işə də Nərimanovda baxılsın. Əslində bu, məhkəməni uzatmaqdır, biabırçılıqdır. Qanun belə vaxt uzatmaya görə Elnarı, onun vəkilini cərimələməlidir. Əsgərov bilə-bilə vaxt uzadır. Ali Məhkəmənin qərarı sondur, yəni pul ödənməlidir. Amma belə hallarda adətən icra prosesinin gecikdirilməsi baş verir. Belə hallara son qoyulmalıdır. Həbs edirlərsə, fərq qoymadan hər kəsi - məmurları, onların yaxınlarını da tutmalıdırlar. Bundan sonra banklardan aldıqları pulları ödəyəcəklər”.

"Yeni Müsavat”

Xəbər 556 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29878] initstartout [0.00018] initstartin [0.00081] calstart [0.01431] calend [0.00106] topnewsend [0.00774] rsssend [0.00000] ehgend [0.00968] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26407]