Xaçmaz polisi naməlum qadın aşkar edib

  • 15 avq 2019, 20:10
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən
polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər.
Hal-hazırda həmin qadının yaxınları axtarılır.
Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək
və cins şalvar olub. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan
DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş
olunur.
Oxşar xəbərlər