"Binə" ticarət mərkəzində yanğın olub

  • 13 avq 2019, 11:06

"Binə" ticarət mərkəzində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyi "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumatını açıqlayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər