Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

  • 10 avq 2019, 22:07

ŞİRVAN SAKİNİ BİZƏ YAZIR:

"Hörmətli demokratik.az sayt rəhbərliyi

Müraciətimdən öncə bildirməyi vacib hesab edirəm ki, bu gün mətbuatın fəaliyyəti, ölkədə haqq-ədalətin bərpası və vətəndaş problemlərinin həlli isitiqamətində görülən ən zəruri addımdır. Bir ictimai fəal vətəndaş olaraq gördüyünüz işləri xeyirxah əməl adlandırır və  tərəfimdən yüksək qiymətləndirirəm. Növbəti dəfə haqq-ədalətə nail olmaq üçün sizdən müraciətimin ictimailəşdirilməsini xahiş edirəm.

      Hörmətlə:  62 yaşlı əlil sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirov                            

 

62 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov "Məişət Maye Qaz” QSC tərəfindən üzləşdiyi problemlərlə bağlı növbəti dəfə ölkə prezidentinə müraciət ünvanlayıb.

Sahibkarın bildirir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən qurumda  aparılan yoxlamalar zamanı 9 000 000 manat məbləğində cərimə  tətbiq edilmişdir. Lakin buna  baxmayaraq  maye qaz satışındakı süni qiymət artımı, istehlakçı hüquqlarının pozulması və digər korrupsiya faktları hələ də hökm sürməkdədir.

Mətbuat vasitəsilə  ölkə prezidentinə üz tutaraq problemin həllinə nail olmağa çalışan  Qatı Heydərçi, 62 yaşlı əlil sahibkarın bizə ünvanladığı videomüraciəti diqqətinizə çatdırırıq.


Oxşar xəbərlər