Açıqlama: “Yenidən güclü külək gözlənilir”

  • 09 avq 2019, 20:01

"Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb. Düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49%-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub.

U. Tağıyevanın sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır.

ETSN rəsmisi qeyd edib ki, sabah, avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək: "Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq”.

Oxşar xəbərlər