ÖZƏL! Milli Yaylaq Festivalında iki gənc atdan yıxılaraq ağır xəsarət alıb - VİDEO

  • 30 iyul 2019, 23:45
Gədəbəyin Miskinli kəndində keçirilən "Milli Yaylaq Festivalı"nda iki gənc atdan yıxılaraq ciddi xəsarət alıblar.

"Demokratik.Az"-ın məlumatına görə, hadisə iyulun 27-də saat 18:00-da baş verib. Hadisəyə səbəb, iki gəncin at çaparkən ehtiyyatsız davranmaları olub. Belə ki, xüsusi zolaqda at sürərkən qabaq-qarşıya bərk çarpışan gənclər yerə yıxılıblar və aldıqları zərbənin təsirindən huşlarını itiriblər.

Gədəbəy Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım maşınları olaya dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Xəsarət alan şəxslərin Ambulanslarla rayon Xəstəxanasına aparılmaları dərhal təmin olunub. Atdan yıxılıb xəsarət alan şəxslərin kimliyi və hazırki sağlıq durumları barədə hələ ki, heç bir rəsmi məlumat yoxdur...


Oxşar xəbərlər