Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:05 - 20.08.2019  
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Tarix: 17-07-2019, 09:31 | Bölmə: Xəbərlər » Kriminal

Oleq Şişkanov kriminal aləmdə  "nömrə 1" olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi qəbul edilirdi və...

1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?Nüfuzlu slavyan "qanuni oğru” 54 yaşlı Oleq Şişkanov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Avtoritet  Moskva vilayətinin Ramensk rayonunun Popovka kəndində - özünə məxsus evdə saxlanılıb. Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Basman rayon məhkəməsindən bildirilib.   O, özünü günahsız hesab etdiyini və ittihamın mahiyyətini anlamadığını deyib.

Oleq Şişkanov 1964-cü ilin 19 iyulunda Remelskidə anadan olub. Kriminal aləmdə "Şişkan” və ya "Şişkan Remelski” ləqəbi ilə tanınır.

Məlumdur ki, Rusiya kriminalının əsas siması olan Zaxari Kalaşov ("Şakro Molodoy”)  məhkəmənin hökmü ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu səbəbdən də uzun müddət idi ki, Kalaşovu kimi əvəz edəcəyi geniş müzakirə mövzusu idi.

"Qanuni oğru”ların "nömrə 1" statusunu Oleq Şişkanova həvalə edilməsinə razılaşdığı bildirilirdi. ”Şakro"nun hökmü elan edildikdən sonra "Şişkan”ın namizədliyinin təsdiqlənməsi üçün video konfrans keçirildi. Video konfransa slavyan qruplaşmasının ən nüfuzlu üzvlərindən hesab olunan Aleksey Petrov və Sergey Aksyonov qatılıb.  "Şişkan” üçün rəyi soruşulanlardan biri də "Mişa Lujnetski” kimi tanınan "qanuni oğru” Mixail Voevodina olub. O da gah Moskvada, gah da İsveçrədə yaşayır. "Şişkan” üçün səs verənlərdən biri də "Şakro”nun boşalmış kreslosuna ən real namizəd olan "Tyurik” ləqəbli Vladimir Tyurin olub. "Şişkan”la bağlı rəy bildirənlər sırasında Andrey Miroyedov ("Mirıç”), Şalva və David Ozmanov da olub. David Ozmanov "Şakro”nun qohumudur və bu səbəbdən onun da "dobro”su əhəmiyyətli olub.

"Şişkan”ın "parlaması” Rusiyada "qanuni oğru”lara qarşı mübarizənin sərtləşdiyi vaxta təsadüf etdi ki, bu da onun tezliklə həbs edilə biləcəyi ehtimalını yaradırdı. Məlumdur ki,  Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb.

Cinayət Məcəlləsinin 210-cu maddəsinə əlavə  edilən qanunun əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsasdır. Bu maddənin sanksiyası 15 il həbs cəzası nəzərdə tutur. Bu səbəbdən indi Rusiyada "qanuni oğru”lara qarşı ciddi mübarizə gedir və "Şişkan”ın həbsi təəccüblü deyil. Rusiya mənbələri yazır ki, hazırda Rusiyada 430 "qanuni oğru” adı almış kriminal var. Onların isə təxminən 70 nəfəri ölkə ərazisində yaşayır. "Qanuni oğrular”ın ən böyük konsentrasiyası isə Moskva regionunda, Sankt-Peterburq və Krasnodar bölgəsindədir. "İndi ”qanuni oğrular" vəziyyətdən çıxmaq üçün daha az radikal variantlardan istifadə edirlər. Ən optimalı müvəqqəti miqrasiyadır ki, onlar yad ellərdə də "toy-bayram”  gözləmir.

 "Şişkan”a gəlincə, o, 1980-cı ildə qətlə görə həbs edilib. Onu Mordoviyada ən ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndəriblər. Burada o, "Jequn” ləqəbli avtoritet Vyaçeslav Jequnovla tanış olub. "Jequn”un diqqət mərkəzinə düşən "Şişkan” acımasız qanqster roluna çox uyğun gəlirdi. "Şişkan”ın cinayət aləminə yolu da bu tanışlıqdan başlayıb. "Jequn” azadlığa çıxdıqdan sonra "Şişkan”ın "qanuni oğru” adı alması üçün hazırlıqlara başlayıb.

1992-ci ildə "Şişkan” azadlığa buraxılır. O, azadlığa buraxıldıqdan dərhal sonra kriminal aləmin "generallarından” sayılan "Şakro Molodoy”, "Şakro Qoca” və "Qlobus” ləqəbli "qanuni oğru”lar onu himayəyə götürüb və "qanuni oğru” adı verib. Taclandırma mərasimində ona "Oleq Remelski” ləqəbi verilib, amma kriminal aləm onu əbədi olaraq "Şişkan” adlandırıb.

Rusiya mənbələri yazır ki, "Şişkan”ı təkcə yeni qanuni pozmaqda deyil, Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində də ittiham edə bilərlər. Hadisə 2012-ci ildə baş verib. Deputat Sidorovanın və ailə üzvlərinin cəsədi bu günə kimi də tapılmayıb. Deputat "Şişkan”ın  biznes şəriki  olub.  Uzun illərin əməkdaşlığına baxmayaraq "Şişkan”la deputat arasında bir müddət sonra narazılıq  yaranıb. İddia olunur ki, bu qətllərdə  "Şişkan”ın əli var. 

Onu da qeyd edək ki, bəzi mənbələr "Şişkan”ı  azərbaycanlı  "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”)  düşməni kimi təqdim edirlər.  Bəzi yerli saytlar "Şişkan”ın "Şakro”nun yerini tutmasını  hələ o zaman da "Quli”nin məğlubiyyəti kimi izah edirdilər  ki, bu da doğru yanaşma deyildi.  Çünki "Şişkan”  "nömrə 1" olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi qəbul edilirdi.  ”Quli"nin mövqeyinə gəlincə, iddia olunurdu ki, o, kriminal aləmdə "kral”a, "daha doğrusu, ”bütün bossların bosu"na ehtiyac olmadığını  düşünür. "Quli”nin fikrincə, bütün "qanuni oğru”lar özünü eyni səviyyədə "qardaş kimi” aparmalıdır.

"Yeni Müsavat”

Xəbər 519 dəfə oxunub






Oxşar xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18362] initstartout [0.00016] initstartin [0.00084] calstart [0.01096] calend [0.00060] topnewsend [0.00495] rsssend [0.00000] ehgend [0.02407] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14133]