Putinin müəllimi vertolyot qəzasında öldü

  • 15 iyul 2019, 16:31

Ötən gün Moskvanın Solneçnoqorsk rayonunda "Robinson” vertolyotu qəzaya düşüb.

"Qafqazinfo”nun "Moskovskiy komsomoleç”ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki nəfər həlak olub. Onlardan biri Rusiyanın Birləşmiş Yüngül Aviasiya Federasiyasının rəhbəri İqor Nikitin, digəri isə onun tələbəsidir.

Qeyd edək ki, İqor Nikitin Rusiya Prezidenti Vladimir Putinə deltalyot (uçan aparat - red.) idarə etməyi öyrətməyi ilə tanınıb.

Oxşar xəbərlər