Demokratik TV
Xəbər lenti
Azərbaycanlı girov erməni əsirlə dəyişdirildi
- 28 iyun 2019, 22:10
Ermənistanda saxlanılan azərbaycanlı Elvin İbrahimov Azərbaycana qaytarılıb.
Demokratik.Az xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.
Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İtkin düşən hərbçilərlə bağlı araşdırma başlayıb
Şahbaz Quliyev Şuşaya aparıldı
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Ermənilərin azadlığa buraxdığı Elnur Hüseynzadə hardadır?
DTX ilə bağlı fərman
Girovlarla bağlı yeni Tiflis görüşü baş tutmadı
Əsir erməni geri qaytarıldı
İlham Əliyev Mədət Quliyevə daha bir vəzifə verdi
Mədət Quliyevə yeni vəzifə verildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti