Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb

  • 17 iyun 2019, 17:18
Abşeron rayonunda iki qardaş qonşular tərəfindən küt alətlə döyülüb. APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Muradov Habil Şirin oğlu və onun qardaşı 1973-cü il təvəllüdlü Sakit Muradovu qonşuları çəkic və taxta ilə döyüb. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. H.Muradovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər