Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

  • 17 iyun 2019, 12:43

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Demokratik.Az report-a istinadən xəbər verir ki, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

E.Alıyev Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğludur.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

E. Alıyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Davanın digər iştirakçısı isə ağır yaralanıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər