Fuad Abbasovun səhhəti pisləşib

  • 16 iyun 2019, 01:37

Həkim məsləhətinə baxmayaraq, jurnalist aclıq aksiyasını dayandırmır

Moskvada həbsdə olan jurnalist Fuad Abbsovun səhhəti pisləşib.

Bu barədə ailəsi sosial media vasitəsilə məlumat verib. 
Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər. 
Məlumatda həmçinin bildirilir ki, F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F.Abbasova aclıq aksiyasının dayandırılmasını və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.

Oxşar xəbərlər