Demokratik TV
Xəbər lenti
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
- 14 iyun 2019, 20:47
Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə "Report”a vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda O.Şirəliyevin şikayətini geri götürdüyü elan edilib.
Bu səbəbdən xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib.
Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.
Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.
O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.
Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi
Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
DİN Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verdi
Mehman Hüseynovun məhkəməsi təxirə düşdü
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
BDU-nun xanım dekan müavini tələbənin həbsini istəyir
İkram Rafiqoğlu azadlığa buraxıldı
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Aslan İsmayılova hökm oxundu - 1 il 6 ay
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti