Ermənistan ordusunun hərbçisi məhv edildi

  • 02 iyun 2019, 11:16

Ermənistanın işğalçı ordusu Xocavənd istiqamətində itki verib.

Bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, iyunun 1-də, səhər saat 07.30 radələrində təmas xəttinin cənub-şərq istiqamətində erməni hərbçisi, 2000-ci il təvəllüdlü Sipan Serjikoviç Melkonyan cavab atəşi ilə məhv edilib.

Qeyd edək ki, iki gün öncə Azərbaycan ordusunun mayoru Aqil Omarov snayperlə vurulmuşdu. Azərbaycan tərəfi bəyanat yayaraq baş verəcək hallara görə bütün məsuliyyətin işğalçı Ermənistanın üzərində düşdüyünü bildirmişdi.

Oxşar xəbərlər