Bakıda avtomobil YDM-ə çırpılıb - FOTO

  • 29 may 2019, 07:45

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "BYD" markalı minik maşını əvvəlcə "Opel" markalı avtomobilə dəyib, ondan sonra yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət tablosuna çırpılaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişininin xəsarət aldığı deyilir. Bildirilir ki, qəzadan sonra sürücü hadisə yerindən yayınıb.

Qəzanın təfərrüatlarını Nərimanov polisi araşdırır.

Oxşar xəbərlər