Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:33 - 26.06.2019  
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Tarix: 25-05-2019, 09:54 | Bölmə: Xəbərlər » Kriminal

"MTN işi” üzrə tutulan 22 nəfərdən həbsdə 10 nəfər qalıb; "Rabitə işi”ndə tutulan 11 nəfər vəzifəli isə azad olunub

Akif Çovdarov azadlığa gedən yolun astanasında2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, ümumilikdə 22 əməkdaşı həbsə alınmışdı. 

Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda "MTN işi” "Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib.

Bu gün hər iki iş üzrə müttəhimlər kürsüsünə çıxarılmış vəzifə daşıyıcılarının bir çoxu artıq azadlıqdadır. Yaxın aylarda MTN generalı Akif Çovdarovun işçisi olmuş, onunla birgə həbs olunaraq məhkum edilmiş Akif Əliyev də azadlığa çıxacaq. "MTN işi”ni izləyənlərin bir çoxunda belə fikir formalaşıb ki, yaxın zamanlarda Akif Çovdarovun özü də azadlıqda ola bilər. Bunun üçün müvafiq zəmin yaranıb. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Akif Əliyev kasasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib. 2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir. Akif Əliyev MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə məhkum olunmuşdu. Elə həmin məhkəmədə Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesin son mərhələsində Akif Çovdarovun vəkili Sadiq Rəsulov generalın günahsız olduğunu, ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu gün "MTN işi” üzrə həbs olunanlardan 10 nəfəri həbsdədir. Qalanları isə məhkəmələrdə cəzaları azaldılaraq azad olunublar. "Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.

Qeyd edək ki, "MTN işi” çərçivəsində həbs olunanlardan  nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev 2 ay sonra saxlandığı istintaq təcridxanasında asılı vəziyyətdə aşkar olunmuşdu. Akif Çovdarov vəkili vasitəsilə İlqar Əliyevin döyülərək asılmasını açıqlamışdı.

"Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu  döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər” - deyə Akif Çovdarovun vəkili onun sözlərini ictimiyyətə çatıdırmışdı. Bu gün azadlıqda olanlar sırasında MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərov da var. Onun cəzası öncə 3 ilə endirilib, daha sonra o, azadlığa buraxılıb.

Generallardan Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya elə birinci instansiya məhkəməsi şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə saxlanmayıb. General xanımın rəhbərlik etdiyi idarənin əməkdaşları Fərhad Atayev və Elşad Əzizova da məhkəmə şərti cəza verərək, onları azadlığa buraxıb. MTN-in digər əməkdaşlarından Anar Şirəliyev və Eşqin Əliyevin hər birinə verilən 3 il həbs cəzası isə başa çatdığına görə onlar da xeyli vaxtdır azadlıqdadır. Məhkəmənin hökmü ilə general rütbəsi alınanlardan A.Çovdarovla yanaşı, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev və Zaur Məmmədov həbsdədir.

"Rabitə işi”ndə məhkum olunan vəzifə daşıyıcılarının bir çoxu Ali Məhkəmənin qərarına əsasən azadlığa çıxıblar. "MTN işi” üzrə həbsdə olan şəxslərin, o cümlədən Akif Çovdarovun işinə hələlik Ali Məhkəmə baxmayıb.

Belə ehtimallar var ki, ilin sonuna qədər "MTN işi” üzrə həbsdə qalan olmayacaq. /musavat.com/

Xəbər 938 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu qəbul etdi – Foto
Köçəryan yenidən həbs olundu
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
ATƏT-in nümayəndə heyəti Ağdama gəlib
İsmət Abbasovun oğlu radikal dini təriqətə üzv olub
Professor Şirməmməd Hüseynov dünyasını dəyişib
İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24157] initstartout [0.00018] initstartin [0.00094] calstart [0.02277] calend [0.00064] topnewsend [0.00385] rsssend [0.00000] ehgend [0.00834] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20408]