Poltavada Albert-Gülağa müəmması... -İDDİA

  • 23 may 2019, 23:18
Ukraynanın Poltava Vilayəti Dövlət Adminstrasiyasının rəsmi Facebook səhifəsində olduqca diqqətçəkən status paylaşılıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fotoları əlavə olunmuş paylaşımda azərbaycanlı iş adamı kimi tanınan, şair Gülağa Tənhanın ünvanına ittihamlar yer alıb.
Yazılanlardan belə anlaşılır ki, Poltava Vilayət Dövlət Adminstrasiyası bir müddət əvvəl yolların qardan təmizlənməsilə bağlı tender elan edib və nəticədə "Alvi Rod” şirkəti tenderi qazanaraq adıçəkilən qurumla müvafiq müqavilə imzalayıb. Lakin icra müddətində sakinlər işlərin keyfiyyətsiz aparılması səbəbindən Vilayət Adminstrasiyasına şikayətlər ünvanlayıb və qurumun rəhbərliyini korrupsiya əməllərində ittiham ediblər. Adminstrasiya rəhbərliyi məsələyə aydınlıq gətirmək məqsədilə həm sosial şəbəkələrdə, həm də yerli internet resurslarında açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Poltava Vilayət Dövlət Adminstrasiyasının ünvanına səsləndirilən korrupsiya ittihamlarının heç bir əsası yoxdur və bu "qurama ittihamların” arxasında "Alvi Rod” konserninin maliyyə direktoru Albert Uvarov dayanır. Deyəcəksiz ki, Albert Uvarovdan bizə nə? Məsələ burasındadır ki, Poltava Vilayət Dövlət Adminstrasiyası tərəfindən yayılmış açıqlamada Albert Uvarov ad və soyadlı şəxsin əslində azərbaycanlı iş adamı kimi tanıdığımız, şair Gülağa Tənha (Qəmbərov) olduğu bildirilir: "Məlum olub ki, bu adam azərbaycanlı şair Gülaga Tənhadır. Onun direktor olduğu "Alvi Rod” şirkətin rəsmi saytında təqdim olunan iş nümunələri də saxtadır. Bu şirkət işləri keyfiyyətsiz gördüyündən biz məhkəməyə müraciət edərək müqavilənin dayandırılmasına nail olduq. Tamamilə mümkündür ki, məhz bu fakt Adminstrasiyanın ünvanına ittihamlar səsləndirilməsinə səbəb olub. Biz "Alvi Rod”la müqavilə bağlamaqda səhv etmişik. Uvarov-Qəmbərov tərəfindən təşkil olunmuş ittihamlar təxribat xarakterlidir” – deyə Adminstrasiyanın yaydığı açıqlamada qeyd olunur.
Məsələnin daha bir maraqlı tərəfi isə qeyd etdiyimiz kimi, Adminstrasiyanın paylaşımlarında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fotolarının yer almasıdır. Fotolar A.Xudiyevin Poltava Dövlət Adminstrasiyası rəhbərliyi ilə görüşündə çəkilib. Maraqlıdır ki, görüşdə səfiri Gülaga Tənha müşayət edib. Aydın görünür ki, müzakirələrdə Gülağa Tənha səfirlə yanaşı oturub.
Missiya.Az-ın əməkdaşı Poltava Vilayəti Dövlət Adminstrasiyası ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlar Albert Uvarovu, yəni Gülaga Tənhanı səfir Azər Xudiyevin sayəsində tanıyıblar. Adminstrasiyadan o da bilirilib ki, məsələ araşdırıldığından əlavə sualllara cavab verə bilməyəcəklər.
İndi ortada xeyli cavabsız sual var: Gülaga Tənhanın özünü Poltava Dövlət Adminstrasiyasına Albert Uvarov kimi təqdim etməsi səfir Azər Xudiyevi narahat etməyibmi? O, əsl adın gizlədilməsinin arxasında hansı məqsədlər dayandığını araşdırmaq həvəsinə heçmi düşməyib? Yaxud özünü başqa adla tanıdan şəxsin Poltava Vilayət Dövlət Adminstrasiyası ilə əlaqələrinin qurulmasına niyə maraq göstərib? Poltavada yaranmış problemdən səfirin xəbəri varmı? Bilirmi ki, iş adamı kimi təqdim etdiyi şəxs Poltava Adminstrasiyası tərəfindən "dələduz” adlandırılır? Ümumiyyətlə, bu iki şəxsi bir-birinə hansı tellər bağlayır? Dövlət Vilayət Adminstrasiyası tərəfindən yayılmış paylaşımlara şəkillərinin əlavə olunmasından və bununla əslində, Uvarov-Qəmbərovla bağlı yaranmış qalmaqala görə həm də onun məsuliyyət daşıdığına işarə olunduğundan məlumatı varmı? Bu kimi halların bütövlükdə azərbaycanlı iş adamlarına münasibətin dəyişməsinə səbəb olacağından narahatlıq keçirirmi? Rəsmi görüşdə yanında əyləşdirdiyi şəxslə Ukraynanın dövlət qurumu arasında ciddi qarşıdurma yaşanmasının hansı fəsadlara gətirib çıxaracağını hesablaya bilirmi?..
Ümid edirik ki, cənab səfir tezliklə bu məsələlərə aydınlıq gətirəcək.(dia.az)


Poltavada Albert-Gülağa müəmması...
Poltavada Albert-Gülağa müəmması...
Poltavada Albert-Gülağa müəmması...
Poltavada Albert-Gülağa müəmması...
0
 
Oxşar xəbərlər