Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU

  • 20 may 2019, 10:26

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb.

Bu barədə gəncin atası "Facebook” səhifəsində yazıb. O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib.

Gəncə Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər.

Oxşar xəbərlər