Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb

  • 15 may 2019, 18:19
Tovuz rayon sakini Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər