Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi

  • 22 may 2019, 19:42

 

 

 



 

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayon Məhkəməsində Abşeron rayon icra hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın jurnalist Osman Nərimanoğluna və "Demokratik.Az"saytına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Məhkəmə prosesi öncədən elan edildiyi vaxtda - saat 15:30-da, rayon Məhkəməsinin yeni binasında baş tutub.

Prosesdə təqsirləndirilən şəxs qismində jurnalist Osman Nərimanoğlu və vəkili iştirak etsə də, ittihamçı tərəf məhkəməyə yenə gəlməyib.

İş üzrə hakim Rafiq Məmmədov üzürlü səbəb olmadan məhkəməyə qatılmayan Abşeron İHB-nin şikayətini öz şikayətindən imtina kimi qiymətləndirilib. İşə xitam barədə yekun qərarını elan edib. 

Xatırladaq ki, Abşeron İHB-nin başçısı öz şikayətində jurnalisti yazdığı tənqidi yazılara görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittihametmə) cinayət məsuliyyətinə cəlb edilməsini, həbsini istəmişdi.

Osman Nərimanoğlu isə İradə Gülməmmədovanın ittihamnaməsini elə əvvəlindən gülünc və absurd adlandırmışdı.

Xüsusi ittiham üzrə ardıcıl olaraq 4 hazırlıq iclası təyin edilsə də, Abşeron İHB son iki prosesə qatılmayıb.

Demokratik.Az

Oxşar xəbərlər