Demokratik TV
Xəbər lenti
Quba polisi soyğunçunu tutub
- 09 may 2019, 18:11
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək, içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirərək ağır cinayət törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Rauf Tahirov saxlanılıb.
Saxlanılan zaman R.Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Rauf Tahirovun ətrafında aparılan araşdırmalar nəticəsində onun cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub.
Faktlarla əlaqədar R.Tahirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Sumqayıt sakinindən 3 kq-a yaxın heroin götürülüb
Vətəndaşlardan narkotik və silah aşkarlanıb
Gəncə sakinində silah aşkarlanıb
Narkotik alverçisi saxlanıldı
Qubada silsilə oğurluq edən 18 yaşlı gənc saxlanıldı
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Qubada narkotiklərə qarşı mübarizə davam etdirilir
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti