Marixuana satan xanım barəsində həbs qətimkan tədbiri seçildi

  • 03 may 2019, 20:03
Mayın 3-də Xətai rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bilməhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Qərara əsasən, Şəfəq Ağacan barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
O, Bakı şəhəri ərazisində marixuana satarkən saxlanılıb.
Oxşar xəbərlər