Gədəbəy sakinində snayper aşkarlanıb

  • 29 apr 2019, 19:16
GƏDƏBƏY SAKİNİNDƏ SNAYPER SİLAHI AŞKARLANIB
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq
məsafə görəmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər