Ağdaşda 19 yaşlı ana özünü öldürdü

  • 23 apr 2019, 18:04
İlkin ehtimala görə, qadın sirkə turşusu içib
Ağdaşda bir uşaq anası özünü öldürüb.
Ötən gün axşam saatlarında rayon sakini 19 yaşlı Cəmilə İsgəndərova ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlərin yardımına baxmayaraq gənc ananın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qadın sirkə turşusu içib.
Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.
Oxşar xəbərlər