Demokratik TV
Xəbər lenti
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
- 20 apr 2019, 11:47
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat -axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram qurudulmuş marixuana aşkar edilib. İlkin araşdırma zamanı K. Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini , əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. S. Əhmədovun üzərindən 5,31 qram
qurudulmuş marixuana, N. Əhmədovdan isə K. Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq
götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Narkotik alverçisi saxlanıldı
7 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Vətəndaşlardan narkotik və silah aşkarlanıb
Gəncədə ƏMƏLİYYAT! - TAPANÇA + ƏL QUMBARASI + NARKOTİK
“Seyid” ləqəbli narkobaron saxlanıldı
Gəncə sakini narkotik maddə ilə tutuldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti