“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”

  • 17 apr 2019, 15:46
"Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”.

"Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclasları var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır”, – deyə R.Rzayev əlavə edib.
Oxşar xəbərlər