Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ

  • 15 apr 2019, 20:51

Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçmasının yolda tikinti işləri aparılması ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Şamaxı rayonunda bəndin uçma səbəbləri barədə danışarkən deyib.

A.Nəcəfli bildirib ki, çay yatağında yerləşən və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilən balıqçılıq gölünün bəndi aprelin 13-də yağan yağış zamanı suyun səviyyəsinin artması nəticəsində uçub:

"Hazırda Türkiyənin "Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən "Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox məsafə var”.

A.Nəcəfli bildirib ki, çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib.

Oxşar xəbərlər