Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:10 - 27.01.2020  
Böyükçöl kafedə döyülmə xəbərindən və qənddən" danışdı
Tarix: 15-04-2019, 08:34 | Bölmə: Xəbərlər » Kriminal

GƏNC YAZAR: "Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər”

Böyükçöl kafedə döyülmə xəbərindən və qənddən" danışdıTez-tez qalmaqallarla gündəmə gələn gənc yazar Kəramət Böyükçölün döyülməsi xəbəri yayılıb. Bu barədə "Yeni Müsavat”a danışan gənc yazar hadisənin təfərrüatlarını aşağıdakı kimi anladıb: "Əslində, dalaşan mənim dostum olub. Sadəcə, o, cəmiyyətdə tanınmadığı üçün mənim adım hallandı. Kafedə oturub pivə içirdik. Telefonuma zəng gəldi, çölə çıxıb danışası oldum. İçəri qayıdanda gördüm ki, bir qrup adam yığışıb, pivə içdiyim dostumla mübahisə edir. Hər halda, bu adam mənimlə oturub, hansısa şəkildə onun yanında olmalıydım. Mən də belə etdim və dava əsnasında yüngül formada məni də ona qatdılar, mübahisə yarandı. Şikayət edəcək səviyyədə böyük bir şey olmayıb. O adamların bir qismi məni tanıyırdı, bir qismi isə yox”.

Böyükçöl bildirib ki, indiyə qədər sazı, şairləri tənqid etdiyinə görə onu onlarla adam "söhbətə çağırıb”: "O qədər adam məni ”söhbətə çağırıb", ancaq hamısını da hansısa formada yola vermişəm. Çünki bu, şəxsi dava olmayıb. Mənim bu adamlarla nə kimi problemim ola bilər? Bilirəm ki, məni davaya çağıranlar, düşüncəsini, təfəkkürünü tənqid etdiyim kütlənin nümayəndələridir. Onlarla nə danışacam ki? Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər. Söhbətə getmirəm, sadəcə, yolda qabağıma çıxırlar. Başlayırlar, "qaqaş, sən onu nöş belə yazmışdun?” Deyirəm ki, qənd haqqı səhv eləmişəm. Onlar da deyirlər ki, "hə, brat, qəndə and içirsənsə onda inanırıq”. Yəni açığını desəm, indiyə qədər qənd mənim köməyimə çox gəlib".

Böyükçöl söyləyib ki, bundan sonra Azərbaycanda oxucunun olmamasından şikayət etməyəcək: "Bir neçə gündür ki, parkda oturub, kitablarımı satıram. Özü də hər kitaba 10 manat qiymət qoymuşam. 3-4 gün ərzində mən 2 min manatdan çox  kitab satmışam. Elə gün olub ki, 670 manatlıq kitab satılıb. Aprelin 13-də 340 manatlıq kitab satdım. Jurnalistlər də gəlirlər ki, məni yalan çıxarsınlar, görürlər ki, həqiqətən də oxucuların ardı-arası kəsilmir. Azərbaycanda yazıçı olduğumu ilk dəfə bu prosesdə hiss etdim. Növbəti, ”Ana söyüşü" adlı kitabım da qısa zaman sonra çap olunacaq".

"Kitabına nə üçün bu cür adlar seçirsən” sualına isə K. Böyükçöl aşağıdakı kimi cavab verdi: "İnsanlara nə lazım olduğunu bilirəm. Ona görə də bu cür adlar seçirəm. Onu da deyim ki, sazı, yazıçıları, şairləri tənqid etməyimdə məqsədim tanınıb, kitab satmaq deyildi. Sadəcə olaraq, proses təbii şəkildə indiki halına gəldi. Dediyim sözlər həqiqi münasibətim idi. Düşünürdüm ki, insanlar nəticə çıxarsınlar. İndi bilmədim ki, nəticə çıxardılar, yoxsa yox. Ancaq gördüyüm odur ki, məni sevib, oxumağa başlayıblar. Mənim kitabımı alanlar qəndə and içib inandırdığım təbəqəyə gülənlərdir. Elə zənn edin ki, Mirzə Cəlil ”Poçt qutusu" hekayəsini yazıb və adamlar da gəlib soruşurlar ki, doğruda da Novruzəli poçt qutusuna məktubu ata bilməyib? Məsələ ondan ibarətdir ki, Mirzə Cəlil öz xalqının düşüncəsini, təfəkkürünü yaxşı bilirdi. Başa düşürdü ki, onun xalqı poçt qutusuna məktub ata bilməyəcək səviyyədədir. Mən də bu cəmiyyətin düşüncəsinin, yalanlara qəndə and içməklə inandırmağın mümkünlüyü səviyyəsində olduğunu düşünüb, yazmışam". "Demək istəyirsən ki, sən bu dövrün Mirzə Cəlilisən” sualına isə "Mirzə Cəlildən qat-qat böyük yazıçıyam. Mirzə Cəlil öz dövründə mənim qədər məşhur, istedadlı, dildə-dişdə olan yazıçı deyildi. Bu mənada mən Mirzə Cəlildən qat-qat böyüyəm” deyib. 

Əli RAİS,
"Yeni Müsavat”

Xəbər 1607 dəfə oxunub






Oxşar xəbərlər

“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29775] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.01220] calend [0.00052] topnewsend [0.00377] rsssend [0.00000] ehgend [0.01203] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26763]