"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI

  • 22 mart 2019, 11:26

Demokratik.Az bildirir ki, sosial şəbəkələrdə "Alov" mühafizə xidmətinin Baş direktoru İlqar Rzayevin dövlətin milyonlarla manat vəsaitini qanunsuz olaraq mənumsədiyinə dair məlumatlar yayılıb.

Bu barədə "Çayxana Tv” səhifəsi məlumat yayıb. Həmin məlumatı olduğu kimi təqdim edirik.

""Alov" mühafizə xidmətinin Baş direktoru İlqar Rzayev hər il dövlətdən 1 milyon 800 min manat pul oğurlayır. Belə ki, internat məktəblərin mühafizəsi ilə bağlı hər ay Təhsil Nazirliyindən (tenderin "qalibi" kimi) "Nikoil" bankın Nərimanov rayon filialına "Alov" mühafizə xidmətinin hesabına 150 min manat pul köçürür. Mühafizə xidməti isə bu pulun cəmi 40 min manatını maaşa və digər xərclərə sərf edir. Qalan məbləğ tamamilə İ.Rzayev tərəfindən mənimsənilir. O, bu cinayəti Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Orucovla birlikdə həyata keçirir. R.Orucov isə Təhsil naziri Ceyhun Bayramovun sağ əlidir. İşçilərin illik maaşı 480 min manatı çıxsaq, yerdə 1 milyon 320 min pul qalır. 8 ildir davam edən bu cinayət prosesində İ.Rzayev 10 milyon 400 min manat dövlətə ziyan vurub.

İ.Rzayev DYP-nin rəis müavini Balakişi Əhmədovun qudasıdır. Bu da İ.Rzayevin bu pullarla aldığı maşınların seriyaları:

10 MA 700 - Galendevagen

90 0C 200 - Porche

90 AA 275 - Cadillac

90 AA 075 - Toyota

90 AA 032 - CK mercedes

 

İttihamlara dair "Alov" Mühafizə xidmətinin mövqeyinə yer ayırmağa hazırıq...

 

Demokratik.Az

Oxşar xəbərlər