Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı

  • 21 mart 2019, 11:54

Dünəndən etibarən bölgədə 375 sarsıntı meydana gəlib

Türkiyənin Denizli vilayətində güclü zəlzələ olub.

Sputnik Azərbaycan "Haber7”ə istinadla xəbər verir ki, 5,5 bal gücündə olan zəlzələdən sonra bölgədə sarsıntılar davam edir.

Verilən məlumata görə, dünəndən etibarən bölgədə 375 sarsıntı meydana gəlib.

Zəlzələnin episentri Acıpayam rayonu olub. Zəlzələ ilə əlaqədar Denizli Valiliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, zəlzələ nəticəsində 30 ev qismən dağılıb, 3 məsciddə çatlar əmələ gəlib, 2 baş iribuynuzlu heyvan tələf olub.

Oxşar xəbərlər