Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub

  • 17 mart 2019, 21:01

Ağsu rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları şəhəri sakini, 1977-ci il təvəllüdlü İslamov Şahin Babaşah oğlunun gödəkçəsinin cibindən 0,177 qram narkotik vasitə olan heroin aşkar ediblər.

Məlumata görə, Ş. İslamovun narkotik vasitəni Kürdəmir şəhər sakini 1986-ci il təvəllüdlü Mürsəliyev İlqar Babaş oğlundan aldığı müəyyənləşdirilib.

İ. Mürsəliyev Ağsu rayonuna gələrkən taksi kimi xidmətindən istifadə etdiyi Yusifov İsmayıl Mövsüm oğluna məxsus "Lada Granata” markalı "99 FZ 071” dövlət nömrə nişanlı avtomobildə saxlanılaraq RPŞ-yə gətirilib. Baxış zamanı avtomobildə 2 ədəd siqaret kağızına bükülmüş çəkisi 0,355 qram olan narkotik vasitə olan heroin aşkarlanıb.

Oxşar xəbərlər