Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:40 - 26.05.2019  
Zamirə Hacıyevanın izahat üçün vaxtı daralır
Tarix: 13-03-2019, 08:28 | Bölmə: Xəbərlər » Kriminal

London məhkəməsinə varidatın mənbəyini aça biləcəkmi?

Zamirə Hacıyevanın izahat üçün vaxtı daralırBir vaxtlar adları Azərbaycanın zəngin ailələri sırasında ilk yerlərdə çəkilən Cahangir və Zamirə Hacıyevlərin günü  məhkəmələrdə keçir. Zamirə Hacıyeva Londonda, Cahangir Hacıyev isə Bakıda hakimlərin suallarını cavablandırmaq məcburiyyəti ilə üz-üzə qalıb.

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir. Cahangir Hacıyev bundan əvvəl də hakim qarşısına çıxarılıb və barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Hazırda o, yeni ittihamlar üzrə sorğu-sual olunur. Ölkədən milyardlarla pulun çıxarılmasında ittiham edilir.

Onun həyat yoldaşı Zamirə Hacıyeva da 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Westminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.

Zamirə Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Zamirə Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişlə bağlıdır. Məlumata görə, ona qarşı 2 mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods”da 16 milyon funt sterlinq  xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt  ödəyib. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - "Mill Ride Golf Club”ualmaq üçün 10 milyon funt  xərcləyib. Rəsmi məlumatlar cütlüyün "Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta "Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və "Christie” auksionunda satışa çıxarılması nəzərdə tutulub. Zamirə Hacıyeva hazırda Londonda yaşayır, o, məhkəmənin tələbini yerinə yetirib xərclədiyi pulların mənbəyini açıqlaya bilməsə, həbs edilə və Azərbaycana tərəfinə təhvil verilə bilər.

Yada salaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət qrup 2017-ci ildə Londona ezam edilərək orada Zamirə Hacıyevanın həbsi üçün yerli hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Həmin vaxt sübut çatışmazlığına görə Z.Hacıyeva Azərbaycan tərəfinə təhvil verilməmişdi. Bundan sonra, 2018-ci ildə Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanun - UWO qəbul edilib. UWO-nin Zamirə Hacıyevanın ekstradisiya məsələsinin həllinə imkan yaradacağı da istisna deyil.

Xəbər 770 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17291] initstartout [0.00017] initstartin [0.00063] calstart [0.00801] calend [0.00046] topnewsend [0.00355] rsssend [0.00000] ehgend [0.01078] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14872]