Vətəndaşların sivilərini zibilliyə atıblar - VİDEO

  • 09 mart 2019, 11:37
İş üçün müraciət edən vətəndaşların sivilərini zibilliyə atıblar.

Həmin sivilərdə vətəndaşların ad və soyadları qeyd olunub, fotoşəkilləri yapışdırlıb. Bununla yanaşı, onlara məxsus şəxsiyyət vəsiqələrinin sürətləri də zibilliyə atılıb.

Görüntülərin konkret harda qeydə alınması məlum deyil.

Narahatedici məqam ondan ibarətdir ki, naməlum şirkət tərəfindən atılan bu sivilərdə vətəndaşlara aid olan bütün məlumatları istənilən şəxs həm rahatlıqla oxuya, həm də öz məqsədləri üçün istifadə edə bilər. Belə vəziyyətdə sual yaranır: Şirkətlər onlara iş üçün müraciət edən vətəndaşların sivilərini istədikləri yerə ata bilərlərmi?

Hüquqşunas Samir İsayev deyir ki, vətəndaşların şirkətlərə verdiyi sividə onların şəxsi məlumatları əks olunduğundan həmin təşkilatların onu qorumaq öhdəliyi var. Həmin məlumatların məhv edilmədən hansısa bir əraziyə atılması isə qanun pozuntusudur.

Belə vəziyyətdə qanunun tələbini pozan şirkət rəhbəri və fiziki şəxslər müəyyən miqdarda cərimə olunmaqla yanaşı, həbs edilmək təhlükəsi də var.

Qeyd edək ki, bu görüntülər vətəndaşların biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.\\Xezerxeber.az


Oxşar xəbərlər