Salyanda güclü yanğın - FHN alovu söndürməyə çalışır

  • 08 mart 2019, 18:04

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsində yaşayış evlərinin birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürənlər alovu sondürməyə çalışırlar.

Qeyd edək ki, yanğın baş verən evdə bir müddət əvvəl ölüm hadisəsi də baş vermişdi. Belə ki, həmin evdə yaşayan bir qadın dəm qazından boğularaq dünyasını dəyişmişdi.

Oxşar xəbərlər