Bakıda 23 yaşlı gənc küçədə bıçaqlandı

  • 06 mart 2019, 12:47

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 484 ünvanının qarşısında rayon sakini, 1996-cı il təvəllüdlü Eldarov Xıdır Ceyhun oğlu naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər