İtaliya polisi mafiya başçısını həbs edib

  • 03 mart 2019, 11:02

İtaliya polisi Neapol şəhəri mafiya strukturunun başçısı Marko Di Lauranı həbs edib.

Cinayətkar şənbə günü xüsusi əməliyyat nəticəsində tutulub və polisə müqavimət göstərməyib.

İtaliya Daxili İşlər Nazirliyi 2005-ci ildən Marko Di Lauranı ən axtarılan cinayətkarlar siyahısına daxil edib. Bu siyahıda o, "Koza Nostra” başçısı Matteo Denarodan sonra ikinci yeri tutub.

Di Lauronun bir neçə il bundan qabaq hüquq-mühafizə orqanlarından gizlənmək üçün plastiki cərrahiyə əməliyyatından keçdiyi və dəfələrlə qadın paltarına geyindiyi bildirilir.

2015-cı ildə Neapolun Apelyasiya məhkəməsi onu ömürlük cəzaya məhkum edib.

Oxşar xəbərlər