Abşeron və Sumqayıt internetsiz qaldı

  • 28 fev 2019, 14:50
Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

 
 
 
 
 
 
 

 
"Report”un əldə etdiyi məlumata görə, buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan "Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.
Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.
"Report” məsələ ilə bağlı "Delta Telecom”la əlaqə saxlayıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib. 
Oxşar xəbərlər