Müsavatçı Xocalı tədbirində infarkt keçirdi - polislə müsavatçılar toqquşdu

  • 27 fev 2019, 10:25

Bu gün Xocalı soyqırımının ildönümü ilə bağlı "Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partiyasının bir qrup üzvü ilə polis arasında insident yaşanıb.

Demokratik.az xəbər verir ki, polis Müsavat rəhbərliyinin abidə önünə çiçək qoymasına mane olmaq istəyib və bu zaman partiya üzvləri ilə hüquq-mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqublu səhifəsində yazıb ki, yaşanan insident zamanı yerə yıxılan partiya üzvü Mehman Kərimli infarkt keçirib və təcili yardımla xəstəxanaya çatdırılıb. /BakuPost.az/

Oxşar xəbərlər