Gəncədə Universitet rektorunun maşını "vuruldu"

  • 26 fev 2019, 16:46

Gəncədə Atatürk prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rusiya Federasiyasına aid dövlət nömrə nişanlı, "Honda" markalı qara rəngli avtomobil Mirzə Abbas Abbaszadə küçəsindən Atatürk prospektinə dönüş edərkən yol kənarında dayanan "AA" seriyalı "Nissan-Altima"-ya çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

"Demokratik.Az"-a verilən məlumatda bildirilir ki, qəzaya səbəb hərəkətdə olan maşının yüksək sürətlə dönüş manevri etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Hər iki maşın evakuator vasitəsilə olay yerindən götürülüb.

Hazırda araşdırma aparılır. 

Saytımıza verilən məlumatda bildirilir ki, yol kənarında dayanan və vurulan maşın Gəncədə Universitet rektorlarından birinin xidməti maşınıdır. 

Əlavə məlumat verəcəyik...

 

Demokratik.Az

Oxşar xəbərlər