Jurnalistin avtomobilini taladılar - oğru axtarılır

  • 25 fev 2019, 14:17

Bugün gecə saatlarında "Xalqxeber" saytının baş redaktoru Peyman Sadıqovun avtomobilindən oğurluq edilib. Hadisə Bakının Masazır adlanan qəsəbəsində baş verib.

P.Sadıqovun "Demokratik.Az"-a verdiyi məlumata görə, 90-ZX-444 dövlət qeydiyyat nömrə nişanlı maşını Masazırda yol kənarında park edib, evə yollanıb. Hadisədən isə səhər saatlarında xəbər tutub.

P.Sadıqov hadisənin şokundan özünün facebook səhifəsində belə yazıb: "Allah bəlanızı versin. Səhər-səhər mənə bu stresi yaşatdığınız üçün. Oğruluğun axırı qırx gün çəkir. Qanun qarşısında cavab verməli olacaqsınız" - deyə not edib. 

Redaktorun avtomobilindən əsasən sənədlər və şəxsi bank kartları oğurlayıblar. Oğru(lar) avtomobildə quraşdırılmış 230 azn dəyərində video reqistratoru da götürməyi unutmayıb. 

Furnalist hadisə barədə hüquq mühafizə orqanına da şikayət edib, hadisəni törədən şəxs və ya şəxslərin yaxalanması istiqamətində polis tərəfindən müvafiq araşdırmalar aparılır.

 


 

Demokratik.Az

 








Oxşar xəbərlər