Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

  • 19 fev 2019, 21:49

 

 

 

 

 

 

 

Qubanın Təngəaltı istirahət zonasında "Prado” markalı maşın aşıb.

Demokratik.Az"Qafqazinfo”ya istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb.

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.

Oxşar xəbərlər