Cəlilabadda çay daşdı – Evləri su basdı

  • 16 fev 2019, 23:32

Cəlilabad rayonunun Sabirabad kəndində Qarayar çayı məcrasından çıxıb.

"Qafqazinfo” xəbər verir ki, nəticədə kəndin sahilboyu evlərinin həyət və zirzəmilərini su basıb.

Hazırda texnikalar vasitəsilə suyun azalması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyu hazırda kəndin əsasən taxıl məhsulları bitən əkin sahələrinə doğru yönəlib.

Oxşar xəbərlər