Jurnalist Bəhruz Quliyevə və mühacir söyüşcüllərə səsləndi: "Təhqirlərinizi durdurun!"

  • 10 fev 2019, 22:32
"Reaksiya TV" nin efirində jurnalist Zaur Qəriboğlunun təqdimatında yayımlanan "Bizim reaksiya" verlişində bu dəfə Azərbaycan ziyalıları Anara, Elçinə, Firəngiz Əlizadəyə, Fərhad Xəlilova, Fərhad Bədəlbəyliyə, Zeynəb Xanlarovaya, Ramiz Rövşənə, Nəriman Həsənzadəyə, Arif Məlikova, Sabir Rüstəmxanlıya, Rafiq Əliyevə, Aqil Abbasa müraciət edilərək, Azərbaycan siyasətindən söyüş ritorikasının, düşmənçiliyin yığışdılmasıyla bağlı üzə çıxaraq, xalqı barışdırmaları xahiş edilib.

Eyni zamanda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də son günlər yaydığı videolara münasibət bildirilib. Tanınmış aparıcı - jurnalist Zaur Qəriboğlu həm Bəhruz Quliyevi, eləcə də Avropadan Azərbaycan hakimiyyətinə, xüsusilə ölkə rəhbərinə hədyanlar deyən şəxsləri siyasi söyüşçüllükdə qınayıb. Sərt tənqid edərək bu duruma dözmədiyini bildirib. Qəriboğlu söyüş ritorikasını yığışdırmağın vacibliyini vurğulayıb.

"Demokratik.Az" maraqlı videomüraciəti təqdim edir: 



Oxşar xəbərlər