Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:52 - 16.02.2019  
Vəkil: “Onları güllələmək lazımdır”
Tarix: 9-02-2019, 23:11 | Bölmə: Xəbərlər » Kriminal

Vəkil: “Onları güllələmək lazımdır”"Azərbaycan Uşaqlar Birliyinin reinteqrasiya mərkəzinə atılmış üç uşaq daxil olub. Onlardan biri təcavüz qurbanıdır”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, qadın 5-6 yaşlı iki oğlunu dayə yanında qoyub və onların dalınca gəlməyib. Dayə analarını gözləyə-gözləyə uşaqları bir neçə gün öz yanında saxlayıb və sonra polisə müraciət edib. Artıq uşaqların anasının şəxsiyyəti müəyyən edilib – o, Əsgərova Aidə Əli qızıdır. Hazırda Binəqədi rayon Polis İdarəsinin əməkdaşları azyaşlı uşaqları atmış qadının axtarışı ilə məşğul olur.

"Bizdə olan məlumata görə, uşaqların adı Əmrah və Sabirdir. Bu uşaqların anası Gürcüstan vətəndaşıdır. 1994-cü ildə Azərbaycana gəlib və 7 saylı internatda tərbiyə alıb. Qadının psixoloji durumu sabit deyil. Onun şəxsiyyətini təsdiqləyən sənədi, şəxsiyyət vəsiqəsi yoxdur, uşaqlarının da həmçinin. Məlumdur ki, bu uşaqlardan biri Sabunçu rayon xəstəxanasında anadan olub. Ehtimal var ki, uşaqlar fərqli atalardan doğulub. Uşaqların nitqlərində problemlər var, amma danışa bilirlər” – deyə Ağazadə bildirib.

Təşkilatın əməkdaşları Əsgərovanın vətəndaş nikahında yaşadığı ərini axtarıb. Məlum olub ki, Əsgərovanın üç kişidən ümumilikdə altı uşağı var. Uşaqların dördü hazırda qadının vaxtilə vətəndaş nikahında yaşadığı kişidədir. Əsgərova onunla beş il birlikdə yaşayıb.

"Sonuncu atılmış uşaqlar atalarını görəndə çox sevindilər. Hazırda uşaqların reabilitasiyası məsələsi həll edilir. Uşaqların atalarına kömək etməyə və uşaqların anasını tapmağa çalışırıq” – deyə hüquq müdafiəçisi bildirib.

Bu günlərdə Bərdə rayonunda da 1 və 2 yaşlı iki atılmış uşaq tapılmışdı. Artıq rayon icra hakimiyyəti bu uşaqları uşaq evinə yerləşdirib.

Ağazadənin sözlərinə görə, bu gün onların sığınacağında 13 yaşlı bir qız da var. O, yanvar ayında tapılıb. Anası qızı kirayə etdiyi evdə tək qoyaraq gedib və geri qayıtmayıb. Bununla yanaşı, uşaq qonşuluqda yaşayan bir kişi tərəfindən təcavüzə məruz qalıb. Bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsi Bakı sakini İ.Talehlə bağlı hökm çıxarıb. O, azyaşlı qızı və onun 7 yaşlı qardaşını dəfələrlə zorlamaqda ittiham olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda bu cinayətin qurbanı olan qızın 12 yaşı var. Onun 17 və 18 yaşdan yuxarı iki qardaşı da mövcuddur. Onların kiçik qardaşını isə anası özü ilə aparıb.

Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin "ölü” adlandırılan maddələrinə də toxunub. O, təcrübəyə istinad edərək deyib ki, uşaqlarını atan analara qarşı AR Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi tətbiq edilmir.

Vəkil Elman Osmanov da Sputnik Azərbaycan-a bildirib ki, sözügedən maddə qadınlara münasibətdə tamamilə "ölü”dür. Ola bilsin, bu, bir çox hallarda azyaşlı uşağını atan anaları tapmağın mümkün olmaması ilə bağlıdır.

"Uşaqları zibil yeşiyinə atırlar – bu günahdır. Mən öz təcrübəm ərzində bir dəfə də olsun o maddənin qadınlara şamil edildiyini görməmişəm. Düşünürəm ki, bununla bağlı cəzalar daha da sərtləşdirilməlidir. Uşaqları atanı güllələmək lazımdır” – deyə vəkil bildirib.

Qeyd edək ki, həmin maddəyə görə, "həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə”, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kəmalə Ağazadə isə deyir ki, sözügedən maddənin işləmə mexanizmi yoxdur, ona görə də işləmir. "Mən öz təcrübəm boyu bir dəfə də görməmişəm ki, uşağını atdığına görə qadını həbsə atsınlar. Bu istiqamətdə ciddi iş aparılmalıdır. Psixoloji problemləri olan qadınlara uşaq doğmaq qadağan edilməlidir. Bizə gətirilən uşaqların əksəriyyəti sağlam deyillər. 15-20 ildən sonra biz problemli gənclər ordusu ilə qarşılaşacağıq” – deyə Ağazadə bildirib.

Hüquq müdafiəçisi daxili miqrasiya probleminə də diqqət çəkib. Qeyd edib ki, hüquq-mühafizə orqanları vətəndaşların qeydiyyatı alındığı və faktiki yaşadığı ərazi ilə bağlı məsələlərə ciddi şəkildə nəzarət etməlidir. Əks təqdirdə, problem həllini tapmayacaq.

Xəbər 288 dəfə oxunub






Oxşar xəbərlər

"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
Zahid Oruc STM-in sədri təyin edilib - SƏRƏNCAM
Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə
KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər… – Bəs 10 il ərzindəki 100 milyon hara getdi? (ARAŞDIRMA)
Azərbaycan səmasında NAMƏLUM OBYEKT – VİDEO
MAAŞ ARTIMI KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK?
Sumqayıtda 25 yaşlı gənc intihara cəhd edib
DTX maddi xarici xüsusi xidmət orqanlarına işləyən şəxsi həbs edib – FOTO
Gəncədəki "Çökək Hamam" "VEGO" Otelin cəngindən xilas olacaqmı ? - GİLEY
Tural Abbaslı: “Qarabağın adına layiq mitinq təşkil edəcəyik”
Sürücülərin nəzərinə! – Yeni qaydalar gəldi
Model çılpaq fotosunu paylaşdı – FOTOLAR
QOROSKOP – 11 fevral
Qurudulmuş xurmanın FAYDALARI
“Prezidentin bu sərəncamı inqilabi addımdır”
Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb
Həbib-Konor döyüşü Hamburqda təkrarlandı -VİDEO
ABŞ Hindistana 4 "Chinook" helikopterini təhvil verib
Əfqanıstan prezidenti "Taliban"a ofis verməyə hazırdır
Jurnalist Bəhruz Quliyevə və mühacir söyüşcüllərə səsləndi: "Təhqirlərinizi durdurun!"
İkram Rəhimov həbsdən şikayət yazdı - ŞOK İTTİHAMLAR + CAVAB
Vəkil: “Onları güllələmək lazımdır”
Əli Həsənov reaksiya verdi: "Jurnalistin müalicəsi nəzarət altındadır"
Qulu Məhərrəmli: "Azərbaycanda müstəqil və tənqidçi media sıradan çıxarılıb"
Mühacir jurnalist Müsavat başqanından istefa tələb edir - SENSASİON İDDİALAR
Natiq Qocamanın xanımı prezidentə müraciət edib
Ötən gün borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb
İki Əliyev və bir Azərbaycan! - Deputatın yazısı
Təhsil ekspertləri və iş adamı ADAU-da olub
Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?
​Avropada türk düşmənçiliyi hardan qaynaqlanır?
Prezident Administrasiyasına ən çox şikayət edənlər - SİYAHI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11455] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00761] calend [0.00043] topnewsend [0.00294] rsssend [0.00000] ehgend [0.00544] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09682]