Tiflisdə mənzildə qaz sızması olub, 7 nəfər ölüb

  • 31 yan 2019, 19:41

Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.

Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.

Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.

Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər