Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:23 - 22.09.2019  
Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR
Tarix: 30-01-2019, 20:15 | Bölmə: Xəbərlər » Kriminal

Ağdam sakini rayonun Məşğulluq Mərkəzi və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aldadıldığını iddia edir.

Vətəndaşın "Demokratik.Az"-a verdiyi məlumata görə, dövlətin "özünə məşğulluq" proqramından "yayarlanlanmaqla" xəstə inəklərə layiq görülüb. Şikayətçi Əhmədov Ramin Məhəddin oğlu ölkə rəhbərinə və bir sıra vəzifəli şəxslərə açıq məktubunda baş verənləri belə xatırladır:

"Hörmətli Prezident və hakimiyyət nümayəndələri!  

Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR Yazıb bildirirəm ki, mən əlil insanam. Ağdam rayonunun sərhəd boyu yerləşən cəbhə kəndində yaşayıram. Ailə üzvülərimin hər biri işsizdirlər. Mən 2018-ci ildə ƏƏSM Nazirliyinin işsiz və kasıb ailələr üçün təşkil etdiyi "özünə məşğulluq" proqramına qatıldım və kurslarda oxudum. Sertifikatlara layiq görüldüm və bizə də öz biznesimizi qurmaq üçün südlük mal almaq üçün dövlət tərəfindən 5000 manat vəsait ayrıldı. 2018-ci ilin oktiyabr ayında Ağdam Məşğulluq Mərkəzinin  işçiləri və şirkət nümayəndələri tərəfindən mənə 2 baş inək verdilər. Ancaq bizə bildirilmişdir ki, Sizə südlük, balalı inəklər veriləcək.

Bizə verilmiş bu inəklər qoca və arıq, bazarlarda alınmayan heyvanlardır. Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır və gün ərzində heç 2 litr də süd vermir. Bu cür südlük inək olar? Mənə verilmiş inəklərin bazar qiyməti 1000-1200 manatdır. Belə olan halda bu adın bilmədiyimiz şirkət biz vətəndaşların hüquqlarını pozur və biz əlil, işsiz insanlara dövlət tərəfindən ayrılmış vəsaiti düzgün vermir. Bizə südlük, cins heyvan əvəzinə qoca,arıq və xəstə heyvanlar veriblər. Bizə bu vəsait ayrılıb ki, öz biznesimizi quraq və dolanaq. Ancaq dövlət tərəfindən bizlər üçün ayrılmış vəsaitin hamısını bizlərə ödəmirlər. Mən 24 yanvar 2019-cu il tarixdə televiziya kanallarının xəbərlər proqlamında hörmətli deputatlarımızın "Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev qeyd etdi ki, nöqsanlar aradan qaldırılmalıdır:-"Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”. Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd etdi:-"Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, öz bizneslərini  inkişaf etdirsinlər”. Mən bir əlil insan kimi bu məsələyə müdaxilə etdikləri

üçün öz adımdan deputatlarımıza öz dərin minnətdarlığımı bildirirəm və mənimlə bağlı baş vermiş bu məsələdə mənə, əlil azərbaycan vətəndaşına  köməklik etmələrini gözləyirəm.

Hörmətli Prezident və hakimiyyət nümayəndələri!   

Azərbaycan Respublikası prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamlarına əsasən işsizliyin aradan qaldırılması üçün Dövlət Məşğulluq Mərkəzlərində "özünəməşğulluq” layihəsi yaradılıb və işsiz və iş axtaran vətəndaşlar kurslara cəlb edilib aktivlərlə təmin olunurlar. Ancaq çox təəssüf edirəm ki, prezidentimizin sərəncam və göstərişləri əsasında dövlət büdcəsindən bizlər üçün ayrılmış vəsaitlər Ağdam rayonunda, tam halda, öz kiççik biznesimizi qurmaq üçün bizlərə sərf olunmur. Bizlərə məlum olmayan səbəblərdən 5000 manatlıq heyvan alınmaq əvəzinə bizlərə həmin 5000 manatdan cəmisi 2200 manat civarında heyvan verilib. Həmin heyvanlar qoca və xəstə heyvanlardır. Belə olan halda dövlət tərəfindən bizlərə ayrılmış və bizə çatası vəsaitin qalan hissəsi hara və kimlərəin cibinə  gedir? Biz yerdə qalan vəsaitimizi kimdən tələb edək? Bu hal ciddi qanun pozuntusu deyil, bəs nədir? Dövlət tərəfidən ayrılmış 5000 manatlıq aktivləri tam halda almaq üçün mən daha haralara müraciət etməliyəm?

Hörmətli Prezident və hakimiyyət nümayyəndələri!   

28.01.2019-cu il tarixdə Ağdam rayon Baytarlıq idarəsinin həkimləri gəlib mənə verilmiş heyvanları müayinə etdi və bildirdi ki, bu heyvanın birinin ciyari yox halındadır. Bu heyvan öləcək, bildirdilər ki, bu heyvanların orqanizmi çox zəifdir və bunların gələcəyi barədə söz demək çətindir. Mən də elə həmin gün Ağdam Məşğulluq Mərkəzinin direktoru E.Rüstəmovun qəbuluna getdim ki, bu məsələni ona deyəm. Ancaq Elşən müəllimi tapa bilmədim, ona görə də telefon vasitəsi ilə zəng edərək məsələni ona dedim. Cavabında Elşən müəllim mənə bildirdi ki, nə vaxt ölsə, həkim  çağrarsınız akt tərtib edər biz də nazirliyə bildirərik ki, heyvan xəstə olduğ üçün ölüb. Mən də dedim ki, ola bilməz ki, indi məlumat versəniz ki, verilən heyvanlar xəstədir. O, isə cavabında mənə bildirdi ki, bütün respublikaya verilən heyvanlar bu gündədir. Bizim kimi işsiz və əlil insanlara bu lahiyələrə qoşulub  ki, öz ailə biznesimizi qurub ailəmizi dolandıraq, yoxsa bizə verilmiş xəstə heyvanların ölməsini gözləyək?..

Mən bir əlil kimi nə edəcəyimi bilmirəm. Adı bizlərdən gizlədilən, bu işbaz şirkət və ƏƏSM-nazirliyinin işçiləri biz insanların hüquqlarını pozur, başımıza oyun açır və dövlət tərəfindən bizlərə veriləcək südlük heyvanların əvəzinə bizlərə xəstə-xüstə heyvanlar veriblər. Biz etiraz edəndə də ki, bu heyvanlar xəstə, qoca heyvanlardır, bizə cavab olaraq deyirlər ki, bahasına pul vermisən! Mən hər zaman bu vəzifəli şəxslərə cavab olaraq bildirmişəm ki, bu vəsaiti biz əlil, işsiz insanlara dövlətimiz verir, bizlər kimlərinsə öz şəxsi maraqlarının qurbanı olmamalıyıq. Bu vəsaiti tam halda almaq və öz ailə biznesimizi qurmaq bizim haqqımızdır və bizim haqqımızı pozanlar layiq olduqları cəzalarını alacaqlar.

Mən bir vətəndaş kimi dövlətimə, onun Prezidenti çox hörmətli İlham Əliyevə güvənirəm və bizlərin başına gətirilən bu məsələ ilə bağlı ciddi ölçü götürülməsini gözləyirəm!

Hörmətlə:

İmza: Əhmədov Ramin Məhəddin oğlu

"Demokratik.Az" qarşı tərəfin söz haqqını da tanıyır!

Demokratik.Az 

Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR

Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR
Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR
Ağdam Məşğulluq Mərkəzi kasıb ailəyə niyə xəstə inəklər verib? - ŞİKAYƏT VAR

 

Xəbər 2854 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.52983] initstartout [0.00023] initstartin [0.00109] calstart [0.04096] calend [0.00079] topnewsend [0.00630] rsssend [0.00000] ehgend [0.00931] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.47020]