Molla Yaqub öldürüldü

  • 22 yan 2019, 11:20

Taliban terror təşkilatının təsisçisi molla Ömərin oğlu molla Yaqub Pakistanın Pişəvər şəhərində öldürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı İRNA agentliyi yayıb. Mənbələrdən birinin məlumatına görə, Yaqub əvvəlcə yaralanıb, daha sonra isə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Digər mənbə isə Yaqubun əvvəlcə girov götürüldüyünü, daha sonra isə öldürüldüyünü deyib.

Taliban hələlik informasiya ilə bağlı heç bir məlumat yaymayıb.

Oxşar xəbərlər