Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:11 - 26.03.2019  
REKTOR-DEKAN DAVASINA DEPUTATLAR DA QOŞULDU
Tarix: 11-01-2019, 21:57 | Bölmə: Xəbərlər » Kriminal

Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür. Dünən məsələ barədə Milli Məclisin iki deputatı danışıb və rektoru müdafiə ediblər. Vüsalə Ağabəylinin cavabı da özünü çox gözlətməyib.

Millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib ki, Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir, rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Onun fikrincə, K. Abdulla rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlərlə ictimaiyyətin diqqətin cəlb etməkdədir. Onun sözlərinə görə, tənqid gərək, əsaslı olsun:

qudret

"Əgər kimsə deyirsə ki, universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa, deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görünməsinlər. Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcək”.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib.

melahet-ibrahimqizi

Modern.az-ın bununla bağlı sualına millət vəkili aşağıdakı cavabı verib: "Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı. Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib.

Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə "Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.

Məlahət İbrahimqızının bu ittihamlarına dekanın cavabı gecikməyib. O, BakuPost-a açıqlamasında deputatın dediklərindən təəccüblənmədiyini bildirib: "Deputat, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının "Partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” kimi iradı həqiqət olmasa da, məndə təəccüb doğurmur”.

vusale a

Dekanın fikrincə, bu, oxşar düşüncəni ifadə edən digər bir iddianı xatırladır: "ADU-nun rektoru Kamal Abdullayev də Universitetdə mənim dekan seçkilərimlə bağlı guya, belə bir seçkinin əslində olmaması ilə əlaqədar sənədlərimi saxtalaşdırmağa göstəriş verib. İki il əvvəl YAP-ın ADU-dakı ilk ərazi təşkilatının sədri universitetin Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev idi. Onun təqdimatı ilə və YAP idarə heyətinin iclasında universitetimizin YAP Qadınlar Şurasının sədri seçilmişəm. İndi hər iki şəxsə – həm Kamal Abdullayevə, həm də Məlahət İbrahimqızına sual ünvanlamaq istəyirəm. Kamal müəllim, necə olur ki, siz dekan seçilməmiş bir şəxsə xeyli müddətdir maaş ödəyir, onun bütün rəsmi sənədləri dekan kimi imzalamasına göz yumurdunuz və bunlar barədə danışmaq indi yadınıza düşüb? Məlahət xanım, nə üçün bu qədər vaxt ərzində siz Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri olmamasına münasibət bildirmirdiniz? Mövcud olmadığını iddia etdiyiniz bu sədr, yəni mən – Vüsalə Ağabəyli dəfələrlə sizinlə görüşəndə, telefonla əlaqə saxlayanda niyə heç təəccüblənmirdiniz?

Universitetdəki müxtəlif kafedraların müdirlərinin bir-bir çağırılaraq, fərqli üsullarla mənim əleyhimə yazmağa məcbur qoyulduqlarını bilirdim, lakin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri olan bir xanımın da bu sıraya qoşulacağını təsəvvür etməzdim. Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq? Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: "Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”. Vəssalam, Məlahət xanım, "seçki” bu cür keçirilmiş, məsələ bitmişdir. Sərraf müəllim həmin gündən etibarən, heç bir elmi dərəcəsi və elmi adı olmasa da, həm YAP-ın universitet özəyinin sədri, həm də Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etməyə başlayıb”.

V. Ağabəyli M. İbrahimqızının onun "Xural” qəzetində çalışmasını qabartmasına da toxunub: "Məlahət İbrahimqızı illər öncə, tələbəlik dövrümdə qısa bir müddətdə "Xural” qəzetində sadəcə Mədəniyyət şöbəsində tərcüməçi-redaktor kimi fəaliyyət göstərməyimə xüsusi don geyindirməyə cəhd edir. Bir tələbə kimi mədəniyyət xəbərlərinin tərcüməçisi olmağımda hansı qəbahəti görürsünüz?”.

Qeyd edək ki, K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə töhmət verildiyini açıqlayıb. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.

Xəbər 985 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12137] initstartout [0.00011] initstartin [0.00055] calstart [0.00681] calend [0.00037] topnewsend [0.00260] rsssend [0.00000] ehgend [0.02253] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08789]