Bakıda 20 yaşlı əsəb xəstəsi anasını bıçaqladı

  • 10 yan 2019, 20:39

Bakıda ruhi əsəb xəstəsi anasını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Rüstəmov Vaqif Elşən oğlu yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Əliyeva Sevinc Vaqif qızı ilə mübahisə edib.

Mübahisə zamanı V.Rüstəmov S.Əliyevanı bıçaqlayıb.

Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Oxşar xəbərlər